"Zenit"in futbolçusu rəsmən "Neftçi"də

"Zenit"in futbolçusu rəsmən "Neftçi"də
GÜNDƏM 31 Yanvar 2014 / 17:50 5179
-  A +

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın “Zenit” klubunun üzvü Elvin Bədəlovun “Neftçi”yə keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” və Rusiyanın “Zenit” klubları arasında rəsmi müqavilə imzalanıb.

Ancaq sözləşmənin müddəti barədə rəsmi açıqlama yer almayıb.

Daha çox


Son xəbərlər