UEFA 2016-ci ildə Fransada təşkil olunacaq Avropa çempionatı ilə bağlı bəzi yeni qərarlar verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, sözügedən çempionatda ilk dəfə iştirak edəcək Qibreltarla İspaniya yığması siyasi səbəblərdən qarşılaşmayacaq. O cümlədən ötən illərdə olduğu kimi Ermənistan və Azərbaycan, Rusiya ilə Gürcüstan da üz-üzə gəlməyəcək.
Ən əsas dəyişiklik budur ki, turnirə final mərhələsindən qatılacağı planlaşdırılan ev sahibi Fransa millisi seçmə mərhələdə iştirak edəcək. Ancaq yığmanın oynadığı heç bir qarşılaşmanın hesabı nəzərə alınmayacaq. Yəni bu oyundakı nəticələr turnir cədvəlinə təsir etməyəcək.
Qeyd edək ki, millimiz "Avro-2016"da beşinci səbətdə yer alıb.
Ümumilikdə, səbətlər aşağıdakı kimidir:
Birinci səbət: İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina
İkinci səbət: Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya
Üçüncü səbət: Serbiya, Türkiyı, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa
Dördüncü səbət: Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus
Beşinci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr
Aıtıncı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San-Marino, Qibraltar
Seçmə mərhələni oyunları 2014-cü ilin sentyabrında başlayacaq və 2015-ci ilin oktyabrında yekunlaşacaq. Oyunlar həftənin ikinci və dördüncü günləri keçiriləcək.
“Avro-2016”nın seçmə mərhələsinin təqvimi isə belə olacaq:
Tur 1: 7-9 sentəbry 2014
Tur 2: 9-11 oktyabr 2014
Tur 3: 12-14 oktyabr 2014
Tur 4: 14-16 noyabr 2014
Tur 5: 27-29 mart 2015
Tur 6: 12-14 iyun 2015
Tur 7: 3-5 sentyabr 2015
Tur 8: 6-8 sentyabr 2015
Tur 9: 8-10 oktyabr 2015
Tur 10: 11-13 oktyabr 2015
İlk pley-off oyunları 2015-ci ilin noyabrın 12-14-də, cavab görüşləri isə noyabrın 15-17-də baş tutacaq.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə