"Barselona"nın prezidenti istefa verdi

"Barselona"nın prezidenti istefa verdi
GÜNDƏM 23 Yanvar 2014 / 18:12 3247
-  A +

"Barselona" klubunun prezidenti Sandro Rosell tutduğu vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, bu barədə İspaniyanın "El Mundo Deportivo" qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, klub prezidenti vəzifəsindən sui-istifadə etməkdə günahlandırıldığı üçün  istefaya getmək məcburiyyətində qalıb. Rəsmi qərarın yerli vaxtla saat 19:00-da açıqlanacağı gözlənilir. "Barselona"nın idarə heyəti Rosellin istefasını qəbul edib və yeni klub prezidenti seçilənə qədər bu vəzifəni yerinə yetirməyi vitse-prezident Josep Maria Bartomeuya tapşırıblar.

S.Rosell Neymarın transferindən 40 milyon avro mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, S.Rosell 2010-cu ildən "Barselona"nın prezidentidir.

Daha çox


Son xəbərlər