"Yaxşı oyun alındı. Əvvəlki oyunlarda müdafiədə bəzi səhvlərə yol vermişdik. Ancaq bu dəfə müdafiədə yaxşı oynadıq və qol buraxmadıq".
Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Volqa" (Rusiya) klubu ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra deyib.
Rusiyalı mütəxəssis komandasının bu dəfə müdafiədə daha etibarlı oynadığını bildirib: "Komandamın müdafiədəki oyununu bəyəndim. Ancaq hər iki hissədə qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Bununla belə, rəqibə də qol vurmaq imkanı vermədik. "Volqa" ciddi rəqib idi. Bu oyunda müdafiədə yeni transfer Rafael Santos yaxşı oynadı. Ruslan Tağızadə və Nuran Qurbanov da pis çıxış etmədilər.
Bugünkü oyunda əsasən çempionatın ikinci yarısında şans verəcəyim heyətə yaxın futbolçuları meydana buraxmışdım. Ancaq onlardan Ebesilio və Subotiç meydanda yox idi. Qarşıda bir yoldaşlıq görüşümüz daha var. Ümid edirəm ki, çempionat oyunlarına qədər Ebesilo və Subotiç tam hazır olacaqlar".
Qeyd edək ki, "Qəbələ" Antalyada son yoxlama matçını yanvarın 25-də Rusiyanın "Torpedo" klubuna qarşı keçirəcək.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə