"Artıq bir həftədir ki, komandamız təlim-məşq toplanışındadır. Hər şey öz qaydasındadır. Futbolçularımızda əhval-ruhiyə yüksəkdir. Çox ciddi rejimdə hazırlıq keçirik. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun yarımmüdafiçisi Əfran İsmayılov "Baku TV"-yə müsahibəsində deyib.
Milli komandamızın üzvü İspaniya toplanışı barədə danışıblvə hazırlıq planı çərçivəsində keçirilən və baş tutacaq oyunlar haqqında fikirlərini bölüşüb: "Bu məşqlər çox önəmlidir. Çünki bizi qarşıda çempionatın çətin oyunları gözləyir. Bütün klublar güclənir, yaxşı transferlər edirlər. Bu da çempionatın necə gərgin keçəcəyindən xəbər verir. Biz daha güclü rəqiblərlə yoxlama oyunları keçiririk. Belə çətin rəqiblərlə oynamaq çox vacibdir. Bundan sonra iki sınaq matçımız olacaq. Yoldaşlıq görüşləri olmağına baxmayaraq, oyunlara çox ciddi yanaşırıq. Çünki Bakıya daha yaxşı əhval-ruhiyə ilə qayıtmaq istəyirik. Mənim üçün ən önəmli olan odur ki, bundan sonrakı yoxlama oyunlarını zədəsiz keçirim və Bakıya normal formada qayıdım və öz gücümüzü çempionatda göstərək.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə