Ötən il “Neftçi” ilə Lənkərandan baş tutan matçdakı insidentlərdən sonra həbs “Xəzər Lənkəran” azarkeşi Elman Tağıyev (Eliko Lezgineç) mediaya və futbol ictimaiyyətinə müraciət edib. Qol.Az-ın futbolpress.az saytına istinadən yaydığı xəbərə görə, müraciətdə Elman Tağıyev müraciətin klubun öz azarleşlərinə qarşı laqeyd münasibətindən narazılığını ifadə edib.
“Mən 25.08.2013 cu il tarixindən həbsdəyəm. Həbs olunmağımın səbəbləri araşdırılır və nəticəsi az-çox bəllidi. Böyük ehtimalla həbs olunacam. Mənə təsir edən məqam isə "Xəzər Lənkəran" klubunun rəhbərliyinin “BİZ HƏMİŞƏ AZARKEŞLƏRİMİZİN ARXASINDAYIQ!” ifadəsidi. Ağız dolusu ilə peşəkarlıqdan danışan "Xəzər Lənkəran" rəhbərliyi, hanı sənin peşəkarlığın?! 5 aydı ki, Kürdəxanı təcridxanasındayam. Mənimlə birlikdə 4 nəfər də "Xəzər Lənkəran" azərkeşi var! "Biz tutulanların arxasındayıq" deyəndə utanmadınız?! Mənə, yəni Tağıyev Elmana, Əkbərov Aqşinə, İbrahimli Elmana və Abdulayev Elçinə heç nəyiniz lazım deyil. Sadəcə, mətbuata yalan açıqlamalarla heç kimi aldatmayın, heç olmasa tutulanlar haqda maraqlanmısız ki, kimlərdi? Xeyr, uzağı tanıdığınız mən olaram, o adların içində. Çünki, çox sağ olsun dostlar, məni "Facebook" və KİV-də tez-tez işıqlandırıblar.
Həmişə “Neftci” peşəkarlığını bəyənmirsiz, pisləyirsiz! "Neftçi"nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs 5 aydı həbsdə olan klubun azarkeşi Ərəbov Zaura hər cür dəstək verir.
Bir daha deyirik, bizə sizin heç nəyiniz lazım deyil. Biz nəyəsə görə, kiməsə görə azarkeşlik etmirik. Əgər belə olsaydı, sizin "PUL", "DÖNƏR" alan azarkeş sırasında olardım və heç həbsə də düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. "Ağ-yaşıl" şərfə isindik, sevgimizi istər sosial şəbəkədə, istərsə də tribunada anlatdıq.
Özümüzə rəqib görmədik. Yenə də görmürəm. "BİZƏ HƏR YER LƏNKƏRAN" sözü hədər yerə deyilməyib. Kürdəxanıda bu sözlə qalırıq. Sevdik bu komandanı, eybi yoxdu peşman da deyiləm.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Baxmayaraq ki, bizim günahımız yoxdu. Bizlər bu klubu, o "ağ-yaşıl" rəngləri sevdik və bu komandanı dəstəklədik. 3 il, 5 il, 7 il dustaq olarıq. Amma bundan sonra siz nə insanlıqdan, nə də "peşəkarlıq"dan danışın.
Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi məhkəməyə göndərmişdiz. Xeyr! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs qismində dəvət etmişdi. Zərər çəkmiş şəxs kimi olmasaydı o, da məhkəmə zalında iştirak etməzdi, necə ki, "Xəzər Lənekəran" rəhbərliyi iştirak etmədi. Hər sözündə "biz UEFA, FIFA, nə bilim CAS-da qalib gəldik, bu da Tuyqun Nadirovun sayəsində oldu" deməklə deyil. Siz günahsız azarkeşin arxasında dura bilmədiz. Düz 5 aydı Bakı-Lənkəran yolundayıq. Yalandan, gözdən pərdə asmaq üçün özünüzü reklam etməyin.
3 ay bundan əvəl "Xəzər Lənkəran" futbol klubunun rəhbəri KİV-də müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin, iç üzünüz çoxdan açılıb. Heç nəyiniz bizə lazım deyil!
Heyf belə azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə hazırdı! Bəs siz? Biz bu komandanı nəyə görəsə və kimə görəsə sevməmişik, sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik, sevecəyik də!
Mən Eliko ölənə kimi "Xəzər"liyəm! Bu komanda ilə qürur duyuram! Komandanı bu vəziyyətə salanları öz vicdanları ilə baş-başa buraxıram. Əgər onlarda vicdan varsa. Azarkeşlərə səslənirəm ki, mən - Eliko kimi divarlar arasına düşməyin, çünki öz "peşakarlığı" ilə seçilən "Xəzər Lənkəran" rəhbərliyi sizlərin arxasında durmayacaq!
Növbəti məhkəmə 22 yanvar tarixinə, saat 09:30-a salınıb. Məni tanıyan bütün azarkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət edirəm. Sağ olun!” – deyə müraciətdə bildirilib.
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video