“Mənim üçün Azərbaycanla Türkiyənin fərqi yoxdur. Burada da özümü Bakıdakı kimi hiss edirəm. “Fənərbaxça” ilə oyun yoldaşlıq matçı idi. Biz bu komanda ilə fəxr edirik”. Bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis “Fənərbaxça” ilə Antalyada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb.
Hacıyev mətbuat konfransında 0:0 hesablı heç-heçənin yoxlama xarakterli matçda qeydə alındığını vurğulayıb: “Çalışırıq ki, onlardan nəsə öyrənək. Ümumiyyətlə, istənilən oyunda rəqibdən nəsə müsbət şey öyrənməyə çalışırıq. “Fənərbaxça” müasir, komplektləşmiş komandadır. Onlarla heç-heçə etdik. Lakin bu matç yoxlama xarakteri daşıyırdı. Düşünürəm ki, kim qol vursaydı, bu oyunu qazanacadı. Allah da bizim qardaşlığımızı qəbul edir və bu üzdən sonda heç-heçə qeydə alındı”.
Hacıyev “Neftçi”dəki məşqçi-futbolçu münasibətlərini də qabardıb: “Məşqçi oyunçular üçün ata olmalıdır. Mən də hesab edirəm ki, 2 deyil, 25 oğlum var. Futbolçu məşqçisinin onu müdafiə etdiyini görürsə, çalışdırıcısına güvənir. Motivasiya, konsentrasiya da bundan asılıdır. Futbolçularımla fəxr edirəm. Azərbaycanda məşqçi azdır. Futbolçusu onun üçün meydanda can verməyə hazırdırsa, bu, xoşbəxtlikdir. Bu, məşqçi üçün ən böyük nemətdir. Oyundan qabaq da sakit idim. Əgər məqşçi qorxursa... Qorxaq general əsgərlərini necə müharibəyə apara bilər? Komandam da, mən də rəqibdən çəkinmirdik”.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə