"Xəzər Lənkəran" ikinci oyununda uduzdu

"Xəzər Lənkəran" ikinci oyununda uduzdu
GÜNDƏM 18 Yanvar 2014 / 14:49 8173
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu bu gün ikinci yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Mustafa Dənizlinin komandası Türkiyə Superliqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 13:00-da başlayan Lənkəran təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Hər iki hissədə bir qol buraxan "Xəzər Lənkəran" görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" Antalyada keçirdiyi ilk görüşündə "Rizəspor"la 0:0 bərabərə qalmışdı.


 

 

18 yanvar

Yoxlama oyunu

13:00. "Gənclərbirliyi" (Türkiyə) - "Xəzər Lənkəran" (Azərbaycan) - 2:0

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner