"Qalatasaray" klubunun hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Çelsi" ilə oyunöncəsi ilə iddialı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, İngiltərə mətbuatına danışan Droqba sabiq komandasına qarşı səfərdə gözübağlı qol vura biləcəyini deyib:
"Çelsi"yə qarşı oynamaq mənim üçün asan olmayacaq. Çünki futbolçuları və məşqçiləri yaxşı tanıyıram. Ancaq bu futboldur. Nə olacağını deyə bilməzsən. Əgər turu keçmək istəyiriksə, ilk oyunda İstanbulda yaxşı nəticə qazanmalıyıq.
"Çelsi"də gözəl illər keçirmişəm. Bu klubu çox sevirəm. "Stamford Bric" stadionu mənə evim kimidir. Orada gözübağlı qol vura bilərəm. "Çelsi"dən yaxşı iz qoyub getdim və azarkeşlərin məni bəyəndiyini düşünürəm. Lakin hazırda "Qalatasaray"ın futbolçusuyam və qələbə qazanmaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, "Qalatasaray" və "Çelsi" komandaları arasında oyunlar 26 fevral və 18 mart tarixlərində keçiriləcək.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə