"Qarabağ"ın 3 rəqibi müəyyənləşdi

"Qarabağ"ın 3 rəqibi müəyyənləşdi
GÜNDƏM 15 Yanvar 2014 / 02:07 2868
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun qardaş ölkədə keçirəcəyi yoldaşlıq oyunlarındakı 4 rəqibindən 3-ü müəyyənləşib.

Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisi ilk yoxlama görüşünə yanvarın 19-da çıxacaq.

Qurban Qurbanovun komandası həmin gün Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə qarşılaşacaq. Topaz Premyer Liqasının hazırkı lideri yanvarın 23-də Qazaxıstanın "Spartak" (Semey) və iki gün sonra Ukraynanın "Volın" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ"ın yanvarın 22-də yoldaşlıq görüşü keçirəcəyi rəqib isə hələlik məlum deyil. Buna yaxın günlərdə aydınlıq gələcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner