"Birinci hissədə yaxşı təsir bağışlamadıq. Bəxtimiz gətirdi ki, fasiləyə qədər hesabda geri düşmədik. Fasilədən sonra daha yaxşı oynadıq. Oyunda sərtlik, bəzi hallarda kobudluq olsa da, fair-play qaydalarına zidd heç nə baş vermədi. Ümumiyyətlə, həmişə komandamın üzvlərindən sərt, lakin qaydalar çərçivəsində oynamalarını xahiş edirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Belarusla oyundan sonra deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Belarusa penaltilər seriyasında qalib gələn millimizin çalışdırıcısı komandasının turnirdə güclü yığmalarla qarşılaşdığını bildirib:
"Turnirə qədər keçdiyimiz hazırlığın təfərrüatlarına varmaq istəmirəm. Təkcə bir faktı deyim ki, hücum xəttində yer alan futbolçular ilk dəfə bu turnirdə birgə oynadılar. Hazırlıq üçün vaxtımız az oldu. Güclü komandalarla qarşılaşdıq. Futbolçulara və məşqçilər korpusuna turnir ərzindəki fəaliyyətlərinə görə təşəkkür edirəm".
Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) millimiz turniri 13-cü pillədə başa vurub.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə