"Bavariya"nın və Fransa millisinin futbolçusu Frank Riberinin "Qızıl top"u qazanması üçün beş səbəb məlum olub.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi rəqibləri Kriştiano Ronaldo və Lionel Messini aşağıda qeyd olunan göstəricilərə görə üstələyə bilər.
"Bavariya"nın bir addım öndə olması - Ötən mövsüm Münhen təmsilçisinin qazanmadığı kubok qalmayıb. Düzdür, Ronaldo ilə Messi də yaxşı çıxış ediblər, ancaq Riberi komandasının uğur qazanmasında ən önəmli futbolçu olub. Bu səbəbdən komandanın əldə etdikləri bu nailiyyətlərə görə Riberi bir addım önə keçirə bilər.
Rəqabətdən uzaq durması - Son illərdə Ronaldo ilə Messi arasında rəqabət getdikcə böyüməyə başlayıb. Riberininin isə rəqabətdən uzaq durması onun xeyirinə işləyə bilər.
Pep Qvardiolanın rolu - İspan mütəxəssis fransız yarımmüdafiəçi haqda "mən, Riberi kimi xarakterli və bacarıqlı bir oyunçu ilə indiyə kimi çalışmamışam" sözləri onun leyhinə işləyə bilər.
Getdikcə daha da yaxşı oyun nümayiş etdirməsi - "Bavariya"nın keçmiş çalışdırıcısı Yupp Haynkes "Kicker"ə açıqlamasında Riberi haqda deyib: "O, son illərdə daha da yaxşılaşıb".
Fərqli bir futbolçunun "Qızıl top"u qazanması - Messi, son illərdə ard-arda bu mükafatı qazanmasına baxmayaraq, o 2013-ci il üçün favorit kimi göstərilmir. Portuqaliyalı hücumçunun da daha öncə "Qızıl top"u qazandığını nəzərə alsaq, indiyə kimi dünyanın ən yaxşı futbolçusu seçilməyən Riberinin bu mükafatı qazana biləcəyi vurğulanır.
Qeyd edək ki, "Qızıl top"un yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə