Antalya toplanışı çərçivəsində keçirilən "Qəbələ" - "Maltepespor" (1:1) matçının ardından "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun və komandasının hazırlıq prosesi barədə açıqlamalar verib.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, rusiyalı mütəxəssis təlim-məşqlərin gedişindən razı olduğunu söyləyib:
"Maltepespor"la oyunda iki fərqli hissə izlədik. İlk yarıda tam üstünlük bizdə idi. İkinci hissədə əsasən gənclərdən ibarət heyətə üstünlük verdik. Təbii ki, belə oyunlarda hesab önəmli deyil. Önəmli olsaydı, heyəti dəyişməzdik. Heyətimizə yeni qatdığımız Rafael Santos və düşərgəmizdə baxışda olan tacikistanlı Erqaş Davron qarşılaşmada müsbət təsir bağışladılar. Hazırlığımız istədiyimiz kimi, plana uyğun olaraq davam edir. Yaxşı şəraitimiz, meydançalarımız var. Futbolçuların çalışqanlığından razıyam. Hələ qarşıda daha 6 sınaq oyunumuz var. Çox oyun keçirməkdə məqsədimiz bütün oyunçulara yetərincə oynamaq şansı verməkdir".
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə