"Qəbələ"yə qoşulduğum gündən komandanın düşərgəsində xoş münasibətlə qarşılaşmışam. Gülərüz, mehriban kollektivimiz var. Komandamızda braziliyalı futbolçuların olması uyğunlaşmamı daha da asanlaşdırdı. Özümü rahat hiss edirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "qırmızı-qaralar"ın sıralarına qış fasiləsində qoşulmuş Rafael Santos klubun rəsmi saytına açıqlamasında söyləyib.
Yeni komandası haqda daha öncə duyduqlarından danışan braziliyalı müdafiəçi "Qəbələ"nin hədəflərindən xəbərdar olduğunu deyib. O, komandasına məqsədlərinə çatmaqda yardım edəcəyinə inandığını vurğulayıb:
"Qəbələ"dən təklif aldıqdan sonra komanda haqda məlumat topladım. Qapıçı Dieqo Koşta Silva ilə əlaqə saxladım. O, Azərbaycan və Qəbələ haqda məni məlumatlandırdı. Dieqo mənə komandanın bazasından, futbol üçün yaradılan şəraitdən danışdı. "Qəbələ"nin mükəmməl meydançaları var. Bu çox diqqətimi çəkdi.
Daha sonra klub rəsmiləri ilə görüşdüm. "Qəbələ"nin hədəfləri barədə məlumat aldım. Baş məşqçinin bir çox uğurlar qazanmış Yuri Syomin olması qərarımda rol oynadı. Hazırda səylə və əzmlə çalışırıq. Antalya toplanışının sonunadək ideal formada olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. İnanıram ki, komandamın hədəflərinə çatmasında yardımçı ola biləcəyəm".
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə