"Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyunboyu lazımi göstərişlıər verirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Latviya yığmasının baş məşqçisi Vladimirs Babiçevs millimizlə oyundan sonra deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yığmamıza penaltilər seriyasında uduzan Latviya millisinin çalışdırıcısı hesabın bərabərləşməsinin oyunun dönüş nöqtəsi olduğunu bildirib:
"Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim.
Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir. Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penalti seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidir”.
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə