Bosniyalı futbolçu rəsmən "Qalatasaray"da

Bosniyalı futbolçu rəsmən "Qalatasaray"da
GÜNDƏM 9 Yanvar 2014 / 00:48 2598
-  A +

Türkiyənin "Qalatasaray" klubu qış transfer dönəminin ilk transferinə imza atıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "sarı-qrmızılar" İsveçrənin "Qrassxoper" klubundan heyətinə cəlb etdiyi İzet Hayroviçlə rəsmi müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, 22 yaşlı müdafiəçi 4.5 il müddətinə "Qalatasaray"ın şərəfini qoruyacaq. "Cim-bom" bu transfer üçün Hayroviçin sabiq klubuna 3.5 milyon avro ödəyəcək. Bosniyalı futbolçu özü isə ilinə 1.1 milyon, hər oyun üçün isə 10 min avro qazanacaq. 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner