Ronaldinyo "Beşiktaş"la razılığa gəldi

Ronaldinyo "Beşiktaş"la razılığa gəldi
GÜNDƏM 7 Yanvar 2014 / 16:12 4605
-  A +

"Atletiko Mineyro" klubunun futbolçusu Ronaldinyo uzun danışıqlardan sonra "Beşiktaş"ın təklifini qəbul edib.

Qol.Az-ın "The Telegraaf"a istinadən verdiyi məlumata görə, braziliyalı futbolçunun İstanbul klubu ilə 2,5 illiyinə müqavilə imzaladığı iddia olunur.

Bu transferin "Beşiktaş"a 10-15 milyon avroya başa gəldiyi bildirilir. Daha öncə təcrübəli futbolçuya illik 5 milyon avro təklif edən "Beşiktaş" rəhbərliyi bu məbləği bir qədər də artırıb. Belə ki, Ronaldinyo yeni komandasında ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2012-ci ildə "Flamenqo"dan "Atletiko Mineyro" klubuna transfer olunmuşdu.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner