"Qarabağ"ın futbolçusu rəsmən "Simurq"da

"Qarabağ"ın futbolçusu rəsmən "Simurq"da
GÜNDƏM 7 Yanvar 2014 / 14:26 2788
-  A +

"Qarabağ" klubunun yollarını ayırdığı futbolçusu Murad Səttarlı bu gün "Simurq"la rəsmi müqavilə imzalayıb.

Qol.Az saytına bu barədə gənc yarımmüdafiəçi özü məlumat verib. Tərəflər arasında razılaşmaya əsasən Səttarlı 1.5 il müddətinə Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Simurq"da keçirib.

Daha çox


Son xəbərlər