Məşhur hücumçu karyerasını başa vurur

Məşhur hücumçu karyerasını başa vurur
GÜNDƏM 7 Yanvar 2014 / 01:11 2890
-  A +

İtaliyanın "Udineze" klubunun hücumçusu Antonio Di Natale futbolçu karyerasını başa vurmağa hazırlaşır. 

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə A Seriyasının son turunda "Verona" ilə oyundan sonra açıqlama verib.

"Mövsümün sonunda karyeramı başa vuracağam. Bu barədə qərar vermişəm. Ailəm və agentimlə də danışmışam. Dəqiq bilirəm ki, bu, mənim son mövsümümdür".

Qeyd edək ki, İtaliya millisinin 36 yaşlı sabiq hücumçusu "Udineze" forması ilə çıxış etdiyi 10 mösümdə 362 rəsmi oyuna çıxıb və 189 qola imza atıb. Milli komandanın heyətidə isə 42 oyuna 11 qol vurub.

Daha çox


Son xəbərlər