"Qələbəni əldən vermək xoş təəssürat oyatmır"

"Qələbəni əldən vermək xoş təəssürat oyatmır"
GÜNDƏM 4 Yanvar 2014 / 18:36 2057
-  A +

"İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Yunanıstanla oyundan sonra deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yunanlarla 1:1 bərabərə qalan millimizin çalışdırıcısı komandasının son dəqiqələrdə qələbəni əldən verməsindən gileylənib:

"Oyuna gəlincə, final fitinə bir neçə saniyə qalmış qol buraxaq qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı kart almaması da məni sevindirən amillərdən biridir".


Daha çox


Son xəbərlər