Levandovski “Bavariya”ya keçəcəyini təsdiqlədi

Levandovski “Bavariya”ya keçəcəyini təsdiqlədi
GÜNDƏM 2 Yanvar 2014 / 16:23 2918
-  A +

“Borussiya”nın hücumçusu Robert Levandovski bu mövsüm yekunlaşdıqdan sonra “Bavariya”ya keçəcəyini təsdiqləyib. Qol.Az-ın xəbərinə görə, “Abendzeitung” nəşrinə müsahibəsində o, Münhen təmsilçisi ilə razılığa gəldiyini deyib.

“Mövsüm bitənə qədər “Borussiya”dayam. Bundan sonra isə azad agent kimi “Bavariya”ya keçəcəyəm”- deyə o vurğulayıb.

Xatırladaq ki, Levandovskinin “Bavariya”ya keçəcəyi haqda xəbərlər çoxdan yayılsa da, tərəflər bu məsələ ilə bağlı susmağı üstün tuturdular.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner