Tanınmış rusiyalı futbolçu 44 yaşında öldü

Tanınmış rusiyalı futbolçu 44 yaşında öldü
GÜNDƏM 29 Dekabr 2013 / 11:31 3629
-  A +

Rusiya milli komandasının və Moskva “Spartak”ının sabiq futbolçusu İlya Tsımbalar 44 yaşında dünyasını dəyişib.

Agenti Tsımbaların dekabrın 28-də Ukraynanın Odessa şəhərində ürək xəstəliyindən öldüyünü bildirib.
 
O, peşəkar futbolçu karyerasına da elə Odessanı təmsil edən “Çernomorets”də 1986-cı ildə başlayıb. 1993 – 1999-cu illərdə Tsımbalar “Spartak”ın heyətində 6 qat Rusiya çempionu və ölkə kubokunun 2 qat qalibi olub. Tanınmış yarımmüdafiəçi Rusiya yığmasının heyətində 1994-cü il dünya və 1996-cı il Avropa çempionatlarında oynayıb, 28 oyuna 4 qol vurub. 2000-ci ildə o, Moskva “Dinamo”suna keçib və 2 dəfə ölkə kubokunu qazanıb. Futbolçu karyerasını 2001-ci ildə “Anji”də başa vurub.
 
Qeyd edək ki, İlya Tsımbalar 2003-cü ildən məşqçiliyə başlayıb, “Spartak”ın əvəzedici komandası, I və II diviziondakı bir sıra klublarda çalışıb. Onun son iş yeri 2010-cu ildə “Ximki” olub (Lent.az).

Daha çox


Son xəbərlər