"Qəbələ"nin yeni transferi danışdı

"Qəbələ"nin yeni transferi danışdı
GÜNDƏM 24 Dekabr 2013 / 18:36 3631
-  A +

"Qəbələ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.Az-n klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə "Neftçi", "Abşeron", "Sumqayıt" və AZAL kimi klublarda top qovan Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb.

20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəsüratlarını bölüşüb: "Qəbələ"nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudur. "Qəbələ"yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".

Daha çox


Son xəbərlər