Milinko Pantiç: "Ədalətsiz məğlubiyyət oldu"

Milinko Pantiç: "Ədalətsiz məğlubiyyət oldu"
GÜNDƏM 20 Dekabr 2013 / 15:58 2337
-  A +

"Ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, topa nəzarət etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq. Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Qəbələ" ilə oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis komandasında dəyişikliklərin olacağını bildirib: "Bu – futboldur, hər şey ola bilər. Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla qollar buraxdıq.

Hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Komandada dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədir. Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə calışacağam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindir. Yollarımızı ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq".

Daha çox


Son xəbərlər