Portuqaliya millisinin və "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılacaq.
Qol.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
Daha öncə FİFA prezidenti Yozef Blatterin "Ronaldo vaxtının əksər hissəsini bərbərxanada keçirir. Messi Ronaldodan daha güclüdür" sözlərinə etiraz əlaməti olaraq "Qızıl top" mükafatının təqdimetmə mərasiminə getməyəcəyini açıqlayan ulduz futbolçunun artıq fikrini dəyişdirdiyi bildirilir. Belə ki, FİFA nümayəndələri telefonla Ronaldo ilə əlaqə saxlayıblar və 28 yaşlı futbolçu mərasimə qatılacağını təsdiqləyib.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu uğrunda Ronaldo ilə yanaşı, Lionel Messi və Frank Riberi də mübarizə aparır. "Qızıl top" mükafatının təqdimetmə mərasimi isə gələn ilin yanvar ayının 13-də keçiriləcək.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər