Ronaldo İbrahimoviçi qabaqladı

Ronaldo İbrahimoviçi qabaqladı
GÜNDƏM 11 Dekabr 2013 / 03:20 2804
-  A +

Madrid "Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı hücumçu "Kopenhagen"lə oyunda (2:0) fərqlənməklə Çempionlar Liqasının qrup mərhələsindəki qollarının sayını 9-a çatdırıb. Bu göstərici ilə o, hamını üstələyib.

Qeyd edək ki, hazırda Ronaldodan sonra qrup mərhələsində ən çox qol vuran İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçdir. O, rəqib qapılarına 8 dəfə yol tapıb.

Daha çox


Son xəbərlər