Mustafa Dənizli: "Komandamı tanımağa çalışıram"

Mustafa Dənizli: "Komandamı tanımağa çalışıram"
GÜNDƏM 8 Dekabr 2013 / 20:55 4325
-  A +

“Premyer Liqada ilk oyunum idi. Bundan öncə kubokda qalib gəldik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun yeni təyin olunmuş baş məşqçisi Mustafa Dənizli "İnter"lə oyundan (0:0) sonra deyib.

Rəqib haqda xoş sözlər söyləyən türkiyəli mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "Son həftələrin yaxşı komandasına qarşı oynadıq. “İnter”in son oyunlarda uğurlu seriyası var idi. Bu gün sadəcə qələbə qazanmaq üçün oynadıq. Amma oyun heç-heçə bitdi. Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün son 3 həftədə 7 və ya 9 xal qazanmaq lazım idi. Artıq qarşıdakı oyunlarda qalib gəlmək lazımdır. Yarışda rəqiblərimizdən xeyli geri düşmüşük. Oyundan məmnunam, çətin rəqibə qarşı oynadıq. Qalib də gələ bilərdik, qol imkanlarımız oldu, rəqibə çox qol imkanı vermədik. Oyunda üstün tərəf idik, təəssüf ki, qalib gələ bilmədik. Nəticəyə çox sevinmirik, həm də üzülmürük. Komandaları və futbolçuları, əsas da öz komandamı tanımağa çalışıram. Buna vaxt lazımdır. Daha yüksək tempdə oynayan komanda hazırlamağa çalışacağıq. Qarşıdakı vaxtı çox yaxşı dəyərləndirməlyik. Bugünkü oyunda məğlub olmaq şansımız yox idi. Bəlkə də, heç-heçə normal nəticədir. Süni meydançalarda oynamaq çətindir, bu cür oyunlara 3 gün öncədən getməyi düşünürük. Skarlatakenin zədəsi haqqında həkimlə danışmamışam. Tibbi müayinəyə ehtiyacı var. Özü ilə danışdım, az ağrısı olduğunu bildirdi.

M.Dənizli hakimliklə bağlı verilən sualı belə cavablandırıb: "İşlədiyim ölkələrdə hakimlərlə bağlı tənqidi fikirlər deməmişəm. Hakimlər səhv edə bilər. Bu da futbolun daha da sevilməsinin şərtlərindən biridir".

Daha çox


Son xəbərlər