Robben dünya kubokundan kənarda qaldı

Robben dünya kubokundan kənarda qaldı
GÜNDƏM 5 Dekabr 2013 / 14:51 3809
-  A +

"Bavariya"da zədəli futbolçular sırasına daha biri əlavə olunub.

Qol.Az-ın məlumatına görə, dünən "Ausburq"la matçda zədələnən hollandiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.

Klubun rəsmi saytından verilən açıqlamada onun dizindəki yaranın dərin olduğu və bu səbəbdən futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Beləliklə, A.Robben 2013-ci ildə oynanılacaq 6 matçda forma geyinə bilməyəcək. Bundan başqa o, Mərakeşdə təşkil olunacaq klublararası dünya kubokunda da iştirak etməyəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner