İngiltərə milli komandasının və “Mançester Yunayted”in sabiq futbolçusu Endi Koul Lent.az-a eksklüziv müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir
- Futbolçu karyeranızı başa vurduqdan sonra hansı işlə məşğul olmağa başladınız?
- Bəxtim onda gətirdi ki, karyeramı başa vurduqdan sonra “Mançester Yunayted”in səfiri funksiyasını yerinə yetirməyə başladım. Bu, ictimai iş idi və mənim çox xoşuma gəldi. Digər tərəfdən, klubda media ilə əlaqələrə cavabdehəm. Eyni zamanda məşqçiliklə məşğulam.
- Hansı komandada?
- Hələlik konkret komandam yoxdur. Amma fürsət olarsa, istərdim ki, xüsusən, “Mançester Yunayted” klubunun nəzdindəki hansısa komandada məşqçi kimi çalışım.
- Səfir funksiyasını yerinə yetirdiyinizi dediniz. “Mançester Yunayted”in Bakıya səfərini təşkil etməyiniz mümkündür?
- Planda belə bir səfər var. Sadəcə, bir qədər gözləmək lazımdır. Biz də “Mançester Yunayted”i Bakıya gətirmək barədə düşünmüşük.
- “Mançester Yunayted”də Duayt Yorkla tandeminiz kifayət qədər uğurlu alınmışdı. O, mayın əvvəllərində Bakıya səfəri vaxtı təklif olarsa, Azərbaycanda oynamağa hazır olduğunu bildirmişdi. Bəs Siz necə?
- Təklif olsa, oynamağa həmişə hazıram. Ona görə də futbol agentlərinizə deyin, mənimlə danışıqlara başlasınlar (gülür – E.M.).
- 1998-1999-cu il mövsümündə Çempionlar Liqasının finalında Almaniya “Bavariya”sı ilə oyun zamanı 0:1 hesabı ilə geridə idiniz. Amma 3 uzatma dəqiqəsində 2 qol vuraraq, kuboku başınız üzərinə qaldırdınız. Həmin anları necə xatırlayırsınız?
- Bu, futboldur. Futbolda elə ağlagəlməz şeylər olur ki... Həqiqətən də həmin əfsanəvi oyunda hesabda geri düşmüşdük. Amma son 3 dəqiqə ərzində 2 qol vuraraq, qalib gəldik. Futbolun gözəl cəhəti, ona həyəcan verən də budur. Heç vaxt bilmirsən ki, saniyələr ərzində nələr baş verə bilər.
- Futbolda “alman maşını” deyimi var. Məntiqlə sonadək mübarizəni Almaniya klubundan gözləyirdik. Amma əksinə oldu. Bəlkə bu, baş məşqçi Aleks Ferqyusonun işi idi?
- Deməzdim ki, bu, baş məşqçi ilə bağlı idi. Amma hər şeydə bir məntiq var. Yəqin ki, bunda da bir məntiq var ki, belə də olmalı idi. Nəsə etmişdik, nəsə çalışmışdıq ki, belə də alındı. Ortaya qoyduğumuz oyunu da qeyd edərdim. Təhlil etsək, futbol tarixində də oyunun aqibətini dəyişən anlar olub.
- Ferqyusonun bu yaxınlarda işıq üzü görən kitabında qələmə aldığı xatirələri heç də birmənalı qarşılanmayıb. Kitabla tanışsınız?
- Mən hələlik kitabı tam oxumamışam. Əsərdən çıxarışı görmüşəm. Amma onu deyə bilərəm ki, ser Aleks həqiqətən də böyük məşqçi, şəxsiyyət olub. Onunla çalışdığım müddətdə heç bir problemim olmayıb.
- Vaxtilə “Mançester Yunayted”də birgə çalışdığınız Rayan Giqqz noyabrın 29-da 40 yaşını tamamlasa da, hələ də bu klubda futbolçu karyerasını davam etdirir. Siz isə 2001-ci ildə bu komandadan getdiniz və 37 yaşınızda “Nottingem Forest”in heyətində butslarınızı mıxdan asdınız. Giqqz qədər oynaya bilməzdiniz?
- Giqqz kimi oyunçular çox olmur. O, çox nadir oyunçulardan biridir. Amma bir şey də var ki, yaş artdıqca əvvəlki kimi oynaya bilmirsən. Həmin o dinamika, templə çıxış etmək çətinləşir. Lakin Giqqz öz sağlamlığına, səhhətinə diqqət yetirən oyunçudur. Onun əlamətdar cəhətlərindən biri də odur ki, öz rejiminə ciddi fikir verir. Bunun nəticəsidir ki, indiyədək oynayır. Digər tərəfdən, oynamağa qərar versən, oynayırsan. Məndə isə futboldan getmək vaxtı yetişdi. Nəticədə qərar verdim ki, daha bəsdir.
- “Mançester Yunayted”in hazırkı baş məşqçisi Devid Moyes barədə hansı fikirdəsiniz?
- Onun haqda hələlik qəti fikir söyləmək çətindir. “Mançester Yunayted”in Premyer Liqanı çempion kimi başa vurma şansları var. Amma sevinmək üçün hələ tezdir. Ferqyuson “qırmızı şeytanlar”a 27 ilədək rəhbərlik edib. Bu da az müddət deyil. Komandanı kimdən götürdüyünü nəzərə alsaq, Moyes mövsümə heç də pis başlamayıb. Hələlik işləri yaxşı gedir. Komanda Premyer Liqada 13 turdan sonra 22 xalla 8-ci yerdə qərarlaşsa da, Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanıb, yeni titullar qazanma şansları hələ irəlidədir. Səbr etmək lazımdır. Hazırda Moyes çox ciddi tənqid atəşi altındadır. Yükü çox böyük olsa da, işinin öhdəsindən yaxşı gəlir.
- Bakını gəzmək imkanınız olub?
- Səfərim “Bakcell” şirkəti ilə “Mançester Yunayted” klubu arasında əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Bu klubda çıxış etmiş bir sıra əfsanəvi futbolçular da daha öncə Bakıda olublar. Bu ənənəni davam etdirmək məqsədilə bura gəlmişəm. Paytaxtınıza gecə ayaq basmışam. Bu gün isə birbaşa “Bakutel” sərgisinə gəlmişik. Ona görə də hələlik Bakı haqqında bir söz deyə bilmərəm.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi