PSJ-nin futbolçusu Zlatan İbrahimoviç iddialı açıqlama verib.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli hücumçu dünyanın ən yaxşı oyunçusu özünün olduğunu deyib: "Ən yaxşı olduğumu bilmək üçün mükafat almağıma ehtiyac yoxdur. Bu səbəbdən "Qızıl top" məni maraqlandırmır".
Qeyd edək ki, "Qızıl top" namizədlərdən biri olan Z.İbrahimoviç dünən Çempionlar Liqasında "Olimpiakos"la matçda rəqib qapısında top keçirməklə bu mövsüm ÇL-in qrup mərhələsindəki qollarının sayını 8-ə yüksəldib. Bu nəticə ilə o, PSJ tarixində ÇL-də ən çox fərqlənən oyunçu olub. Bundan başqa, Zlatan Ruud van Nistelroy, Hernan Krespo, Filippo İnzagi və Kriştiano Ronaldo ilə birlikdə bu turnirin qrup mərhələsində ən çox qol vuran oyunçulardan olub.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu