Mançini: "İkinci hissədə nə baş verdiyini anlamadım"

Mançini: "İkinci hissədə nə baş verdiyini anlamadım"
GÜNDƏM 28 Noyabr 2013 / 03:10 2819
-  A +

"İlk hissədə mükəmməl oynadıq. Hər şey qaydasında idi. İkinci hissədə isə nə baş verdiyini anlamadım".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Real"la oyundan (1:4) sonra keçirilən məbuat konfransında deyib.

İtaliyalı mütəxəssis buraxılan kobud səhvlər üzündən komandasının məğlub olduğunu bildirib: "Bizə yaraşmayan 4-5 kobud səhv etdik və onun cəzasını çəkdik. "Real" belə səhvləri bağşlamayan bir komandadır.

Mançini əsas hədəflərinin növbəti turda "Yuventus"u məğlub etmək olduğunu deyib: "Yuventus"la oyunun bizim üçün final qarşılaşması olacağını əvvəldən də demişdim. Ancaq bu oyundan alacağımız 3 xalla işimizi asanlaşdıra bilərik. Bunun üçün isə azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu