Azərbaycanda daha bir məşhur mütəxəssis fəaliyyətə başlamaq üzrədir. Söhbət Türkiyə yığmasının sabiq baş məşqçisi, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la superliqanın qalibi olmuş Mustafa Dənizlidən gedir.
Mustafa hocaya Türkiyədə yaşayan milyarder soydaşımız Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran” tapşırılır.
Dünya miqyasında tanınan bir mütəxəssisi Azərbaycanın kiçik bir əyalət şəhərində işləməyə həvəsləndirən tək bir səbəb ola bilər. Söhbətin pul-paradan getdiyini yəqin başa düşdünüz. “Palmali” şirkətlər qrupunun sahibi olan Mübariz Mənsimovun öz puludur, kimə nə verir, kimi gətirir, kimi qovur - öz işidir. Dənizliyə də bir cənub şəhərində başarılar diləyirik...
Bəs görəsən, Dənizlinin gəlişi Azərbaycanda yeganə ciddi azarkeş dəstəyinə sahib olan “Xəzər Lənkəran”lı fanatların üzünü güldürəcəkmi?
Bunu da buraxaq zamanın ixtiyarına. Amma türk mətəxəssis biməmiş deyil ki, o, Lənkəran klubunda ondan daha zəngin məşqçilik karyerasına sahib Con Toşakı əvəzləyəcək. Dənizli İstanbul nəhənglərini çalışdırmaqla öyünürsə, Toşak dünya nəhəngi “Real”a (Madrid) rəhbərlik edib.
Yəqin Mustafa hoca Toşakdan öncə Lənkəranda həmyerlisi Rasim Kara, rumın Mirça Rednik və digər ünlü çalışdırıcıların işləməsindən də xəbərdardır. Dənizli adlı-sanlı məşqçilərin Azərbaycanın cənub dəniz sahillərindən urvatsız yola salınmasını, bir neçə oyunluq uğursuzluqdan sonra ona da qapını göstərəcəkləri riskini də gözə alıb deyəsən...
Azərbaycan premyer liqasında mövsüm yarı olmağa yaxınlaşır. “Xəzər Lənkəran” liderdən 15, 3-cü yerdə gedən komandadan isə 12 xal geridədir. İndiki heyətlə komandanın liderlər qrupuna düşməsi də inandırıcı görünmür. Çempionatın qızğın vaxtında heyətə “əl gəzdirmək” də az qala mümkün deyil. Yəni Dənizli olduqca çətin bir işə qol qoyub. “Xəzər Lənkəran”ı qara zolaqdan çıxarmaq türk məşqçiyə asan başa gələ bilməz.
Azərbaycanda Dənizlini böyük maliyyə dayaqları, oturuşmuş heyəti və yaxşı “dayday”ları olan bir neçə iddialı komanda ilə ciddi rəqabət gözləyir...
Onu da vurğulayaq ki, “Xəzər Lənkəran”ı bu günə Toşak salmayıb. “Xəzər Lənkəran” elə Toşak gələndə də bu gündə idi. Qocaman mütəxəssisin çabaları isə bir fayda vermədi. Naxçıvanda Azərbaycan superkuboku uğrunda oyunda “Neftçi”ni yenmək də Toşakın klubda qalmasına kömək etmədi. Çılğın lənkəranlı azarkeşlər komandanın turnir cədvəlindəki durumu ilə heç cür barışa bilmir.
“Xəzər Lənkəran”lı tərəfdarlar onun da fərqindədir ki, komandadan Toşakla yanaşı ciddi nöqsanlara yol verən klub rəhbərləri də getməli idi. Komandalarını səfər oyunlarında da tək buraxmayan cənublu azarkeşlər “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovu dəfələrlə istefaya səsləyiblər.
Klubun prezidenti, Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun fəaliyyəti də fanatları qane etmir. Mübariz Mənsimov “ildə 20 milyon dollar verirəm və utancverici hesabla uduzuram” deməklə “Xəzər Lənkəran”da bərbad idarəçiliyi özü də etiraf etmişdi. Böyük pullar ayrılan komandaya səviyyəsiz legionerlərin transferləri, oyunçuların dəstə-dəstə alınması, sonra da yola salınması, xeyli pula gətirilən futbolçuların günlərini ehtiyat oyunçular skamyasında keçirməsi və digər bu kimi halların səbəbkarları cəzalandırılmadır.
Bəlkə Mənsimova qardaşına tapşırdığı klub elə bu cür - qeyri-peşəkar və bərbad şəkildə lazımdır? Bunu dəqiq deyə bilmərik. Amma “Xəzər Lənkəran”lı azarkeşlərə klubu yerdən-yerə vuran Tuyqun Nadirov kimi vitse-prezidentlərin lazım olmadığını dəqiq bilirik...
Mənbə: virtualaz.org
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər