Şahin Diniyev: "Oyunçularıma təşəkkür edirəm"

Şahin Diniyev: "Oyunçularıma təşəkkür edirəm"
GÜNDƏM 24 Noyabr 2013 / 19:22 2918
-  A +

Topaz Premyer Liqanın 14-cü turunda baş tutan "Qarabağ" - "Rəvan" oyunundan sonra qonaqların baş məşqçisi Şahin Diniyev görüş haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis mətbuat konfransında bunları söyləyib:


“Bizim üçün çətin oyun oldu. Xallara ehtiyacımız var. Komandam yaxşı mübarizə apardı, meydanın hər yerində vuruşdu. İki futbolçumun olmaması komandanın oyununa təsir etdi. Oyunçularıma təşəkkür edirəm”.

Daha çox


Son xəbərlər