Fransada işgüzar səfərdə olan "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Lansda təlim-məşq toplantısı keçirən gənc futbolçularımızla bir araya gəlib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, H.Məmmədov "Bakı"nın U-15 komandasının üzvləri ilə görüşərək, onlara qiymətli hədiyyələr təqdim edib.
Fransa 2-ci liqasının "Lans"-"Şatoru" (2-0) oyununu fəxti tribunada izləyən klub prezidenti oyun başa çatdıqdan sonra 2 həftə ərzində bu şəhərdə təlim-məşq topnatısı keçən gənc futbolçularla görüş keçirib. "Lans" klubunun təlim-məşq bazasında baş tutan toplantıya qatılan Hafiz Məmmədov 15 yaşlı oyunçuların səfər barədə fikirlərini soruşub. Eşitdiklərindən məmnun qalan prezident bu günlər ərzində futboçularla hazırlıq keçən fransalı məşqçi Herve Arsenə təşəkkürünü bildirib:
"Biz bu ölkəyə futbol fəlsəfəsini mənimsəməyə gəlmişik. Artıq iki komandamız "Lans"ın bazasında təlim-məşq toplantısı keçib. Bunun ardı gələcək.
Biz tək klubumuz deyil, həm də Azərbaycan milli komandası üçün layiqli, rəqabətədavamlı futbolçular yetişdirməliyik. Bu baxımdan "Lans"la əməkdaşlıq əvəzsizdir. "Lans" klubunun rəhbərliyinə, məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, bu uşaqların içindən səviyyəli futbolçular yetişəcək və onlar ölkəmizi dünya meydanlarında layiqincə təmsil edəcəklər"
Biz bu yolun başlanğıcındayıq. İrəlidə görüləcək çox işlər var. İlk addımların uğurlu alınması məni çox sevindirir. Hər birinizə gələcək fəaliyyətinzdə uğurlar arzulayıram".
Yuxarı
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu