Blatter: "DÇ-2026" Mərakeşdə keçirilə bilər"

Blatter: "DÇ-2026" Mərakeşdə keçirilə bilər"
GÜNDƏM 22 Noyabr 2013 / 01:25 2015
-  A +

FİFA prezidenti Yozef Blatter "DÇ-2026"ya ev sahibliyi edə biləcək ölkənin adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Blatter Mərakeşin dünya çempionatını qəbul etməyə qadir olduğunu bildirib:

"Mərakeş 2010-cu ildə dünya çempionatına ev sahibliyi uğrunda gedən mübarizədə CAR-a uduzarkən bu ölkənin kralı məni əmin etdi ki, onlar bu yarışda təslim olmayacaqlar.

Klublararası dünya çempionatı Mərakeş üçün yaxşı sınaq olacaq. Biz o zaman bu ölkənin böyük turnirləri qəbul etməyə hazır olub-olmadığını görəcəyik. Afrika qitəsi "Braziliya-2014", "Rusiya-2018" və "Qətər-2022"dən sonra öz növbəsini gözləyəcək. Düşünürəm ki, dünya çempionatını Mərakeşdə keçirmək daha uyğun olacaq".   

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner