Dünya çempionatının püşkü üçün səbətlər məlum oldu

Dünya çempionatının püşkü üçün səbətlər məlum oldu
GÜNDƏM 21 Noyabr 2013 / 13:38 3078
-  A +

2014-cü il dünya çempionatının püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Braziliyada keçiriləcək mundialın 32 iştirakçısı tədbir zamanı 4 səbətə bölünəcək.

İlk səbətdə təşkilatçı ölkə Braziliyadan əlavə, FİFA-nın oktyabr reytinqində 7 ən yaxşı yığma yer alacaq. Bunlar İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay olacaq.
 




Qalan səbətlərə bölgü isə coğrafi prinsip əsasında aparılacaq.
 
1-ci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
 
2-ci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Xorvatiya, Rusiya
 
3-cü səbət: Fransa, Çili, Ekvador, Kot-d'İvuar, Qana, Əlcəzair, Nigeriya, Kamerun
 
4-cü səbət: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, ABŞ, Meksika, Kosta-Rika, Honduras.
 
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyanın Mata-di-San-Juan şəhərində atılacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq