"İnter" Messini transfer edə bilər

"İnter" Messini transfer edə bilər
GÜNDƏM 18 Noyabr 2013 / 11:42 3266
-  A +

İtaliya "İnter"inin yeni sahibi Erik Torir gözlənilməz açıqlama verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, indoneziliyalı milyarder "Barselona"nın futbolçusu Lionel Messini transfer edə biləcəklərini bildirib.

Onun sözlərinə görə, klubun baş məşqçisi rəhbərliyə bu istəyini bildirsə, argentinalı hücumçunun transferi üçün danışıqlara başlanılacaq.

"Barselona"nın oyunçusu Tiaqo Motta da Messinin İtaliya klubuna transferini mümkün hesab edib: "Əgər Messi "Barsa"dan ayrılmaq fikrinə düşərsə, "İnter"ə gedə bilər. Çünki hər bir oyunçu karyerası ərzində müəyyən dəyişikliklər etmək istəyər".

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi