Şahmat millimiz Avropa çempionu oldu

Şahmat millimiz Avropa çempionu oldu
GÜNDƏM 18 Noyabr 2013 / 00:35 3150
-  A +

Polşanın paytaxtı Varşavada keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb.

Qol.Az-ın məlumatına görə, IX turda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovun mübarizə apardığı yığma komandamız Ermənistanla qarşılaşıb.

Bütün qarşılaşmalar bərabərliklə başa çatdığından ümumi heabda da üstün tərəf olmayıb - 2:2. Lakin digər masada əsas rəqiblərimizdən olan Fransa millisi ruslara uduzduğundan komandamız yarışı 14 xalla lider olaraq tamamlayıb.

Bununla da milli komandamız tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb.

Fransa,Rusiya və Ermənistan isə 13 xalla 2, 3 və 4-cü yerləri bölüşüblər.




Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi