Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu axşam daha dörd qarşılaşma baş tutub.
Avropa zonasında baş tutacaq görüşlərə maraq böyük idi. Burada İslandiya öz meydanında Xorvatiyanı qəbul edib və bu oyunda hesab açılmayıb - 0:0.
Yunanıstan doğma divarlar arasında Rumıniyanı sınağa çəkib və 3:1 hesabı ilə qələbə qazanıb. Fransa millisi səfərdə Ukrayna ilə qarşılaşıb. Fasilədən sonra iki qol vuran Ukrayna millisi inamlı qələbə qazanıb - 2:0.
Günün ən maraqlı oyunlarınan biri Portuqaliyada baş tutub. Burada yerli komanda İsveçlə üz-üzə gəlib. Matçda azarkeşlər cəmi bir qol izləyiblər. Kriştiano Ronaldonun matçın 82-ci dəqiqəsində vurduğu qol portuqallara qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri noyabrın 19-da baş tutacaq. Afrika zonasında pley-off-un cavab oyunları isə 16-19 noyabr tarixində keçiriləcək.
15 noyabr
Pley-off oyunları
23:00. İslandiya - Xorvatiya - 0:0
23:45. Yunanıstan - Rumıniya - 3:1
Qollar: Mitroqlu, 14 (1:0), Stanku, 19 (1:1), Salpinqidis, 21 (2:1), Mitroqlu, 67 (3:1)
23:45. Ukrayna - Fransa - 2:0
Qollar: Zozulya, 61 (1:0), Yarmolenko, 82-pen (2:0)
23:45. Portuqaliya - İsveç - 1:0
Qol: Ronaldo, 82 (1:0)
13 noyabr
19:00. İordaniya - Uruqvay - 0:5
Qollar: Pereyra, 22 (0:1), Stuani, 42 (0:2), Lodeyro, 69 (0:3), Rodriqez, 78 (0:4), Kavani, 90+2 (0:5)
00:30. Meksika - Yeni Zellandiya - 5:1
Qollar: Aquilar, 32 (1:0), Pena, 40 (2:0), Peralta, 48 (3:0), Peralta, 80 (4:0), Markiz, 84 (5:0), Ceyms, 85 (5:1)
16 noyabr
Nigeriya - Efiopiya (İlk oyun - 2:1)
Seneqal - Fil Dişi Sahili (İlk oyun - 1:3)
17 noyabr
Kamerun - Tunis (İlk oyun - 0:0)
19 noyabr
Misir – Qana (İlk oyun – 1:6)
Əlcəzair – Burkina Faso (İlk oyun - 2:3)
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı