Messi yenə zədələndi

Messi yenə zədələndi
GÜNDƏM 11 Noyabr 2013 / 10:13 3258
-  A +

"Barselona" klubunun futbolçusu Lionel Messi yenə zədələnib.

Qol.Az-ın məlumatına görə, dünən La Liqada "Betis"lə matçda start heyətdə oyuna daxil olan argentinalı hücumçu 21-ci dəqiqədə zədələnərək oyundan çıxmaq məcburiyyətində qalıb.

Onu Andres İnyesta əvəzləyib. Ulduz futbolçunun zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Bununla da o, La Liqada ardıcıl 5-ci matçda fərqlənə bilməyib.

Qeyd edək ki, Messi bundan əvvəl "Almeriya" ilə oyunda zədələnmişdi. Bu səbəbdən oyunçu üç həftə forma geyə bilməmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner