"Bakı"nın futbolçularının qolları ən yaxşı seçildi

"Bakı"nın futbolçularının qolları ən yaxşı seçildi
GÜNDƏM 8 Noyabr 2013 / 14:00 1709
-  A +

Topaz Premyer Liqasının sentyabr və oktyabr aylarının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, PFL-in rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən ayın futbolçusu seçilən "Bakı" klubunun futbolçusu Əfran İsmayılov ən yaxşı qol nominasiyasında da fərqlənib.

Belə ki, Əfran sentyabr ayının ən yaxşı qolunun da müəllifi olub. "Bakı" klubunun digər futbolçusu Rauf Əliyevin AZAL-ın qapısına vurduğu top isə oktyabr ayının ən yaxşı qolu seçilib.

Qeyd edək ki, hər iki futbolçuya 1000 manat dəyərində pul mükafatı təqdim olunub.

Daha çox


Son xəbərlər