Ronaldo Messini geridə qoydu və rekord qırdı

Ronaldo Messini geridə qoydu və rekord qırdı
GÜNDƏM 6 Noyabr 2013 / 10:16 4107
-  A +

"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, dünən Çempionlar Liqasında "Yuventus"la matçda (2:2) fərqlənən portuqaliyalı hücumçu bu il ÇL-dəki qollarının sayını 14-ə yüksəldib.

Bu isə Ronaldonu bu turnirdə bir il ərzində ən çox qol vuran futbolçu edib. Bundan əvvəl 13 qolla Lionel Messi bu siyahıya başçılıq edirdi.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner