"Neftçi" "Böyük oyun" öncəsi azarkeşlərinə səsləndi

"Neftçi" "Böyük oyun" öncəsi azarkeşlərinə səsləndi
GÜNDƏM 2 Noyabr 2013 / 11:12 3005
-  A +

“Neftçi” - “Xəzər Lənkəran” oyununa bir nəfər də olsun biletsiz buraxılmayacaq. Bilirsiniz ki, AFFA-nın İntizam Komitəsinin qərarı var. Bu komandaların oyununda qonaqların azarkeşləri stadiona buraxılmamalıdır. Klubumuz qərara hörmətlə yanaşır və buna əməl etməyə borcluyuq".
 
Bu sözləri Qol.Az saytına açıqlamasında "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bugünkü oyunda təhlükəsizlik tədbirlərinin gücləndirilmiş şəkildə olacağını bildirib: "Biletlərə gəlincə isə kassalarda bilet qalmayıb. Çünki, satışa çıxarılan kimi fan klublarımız tərəfindən biletlər alınıb. Oyuna gəlmək istəyən azarkeşlərimiz fan klublarımıza müraciət edə bilərlər. Azarkeşlərimizə demək istəyirəm ki, narahatçılığa əsas yoxdur.

Stadiona gələcək bütün neftçisevərlər biletlə təmin olunacaq. İnanıram ki, bu gün bütün Azərbaycan “Neftçi” fanatlarının böyüklüyünü görəcək. Fürsətdən istifadə edib onu da demək istəyirəm ki, bugünkü oyunda təhlükəsizlik tədbirləri gücləndirilmiş şəkildə olacaq. Adi oyunlardan fərqli olaraq, bugünkü matça əlavə qüvvələr cəlb ediləcək".

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu bu gün, saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər