Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan futbol üzrə Azərbaycan kubokunun finalının qalmaqalla bitməsi haqda xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, buna “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olub.
Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçuları bir-birinin ünvamına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.