Avropa Liqasının qalibi "Çelsi" oldu (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, final görüşündə İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəlib.
Hollandiyanın "Amsterdam Arena" stadionunda keçirilən oyun "Benfika"nın üstünlüyü şəraitində keçsə də, hesabı 60-cı dəqiqədə "Çelsi" açıb. Bundan səkkiz dəqiqə sonra "Benfika" hesabı bərabərləşdirib. Lakin oyuna əlavə edilmiş vaxtda Branislav İvanoviç komandasının qələbə topunu vurub - 2:1.
Beləliklə, "Çelsi" 2012/13-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi olub.
UEFA Avropa Liqası, final qarşılaşması
15 may
23:45. “Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya) -2:1 Qollar: Torres, 60 (1:0), Kardoso, 68-pen (1:1), İvanoviç, 90+3, (2:1)