Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqasının XXXI turunda “Bakı” ilə görüşdə iştirak etmir. Qol.Az-ın lent.az saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Qurban Qurbanov saat 17:30-da başlanan matçda onu ilk “18-liy”ə daxil etməyib. Səbəb kimi zədədən sonra futbolçunun lazımi formaya düşə bilməməsi göstərilib. İsmayılov ötən tur “İnter”lə görüşdə də ilk “18-lik”də yer almadığını xatırladaraq, bunu “Bakı”ya mümkün keçidi ilə əlaqələndirməyib.
Lakin o, “Qarabağ”dan gedə biləcəyini də istisna etməyib. İsmayılovun sözlərinə görə, klub rəhbərliyi ona yeni müqavilə təklif etsə də, ilkin danışıqlarda irəli sürülən şərtləri qəbul etməyib: “Mən də öz şərtlərimi irəli sürdüm və klub rəhbərliyi müəyyən müddətdən sonra mövqeyini açıqlayacağını dedi. “Qarabağ”la müqaviləm mövsümün sonunda başa çatır. Şərtlərimlə razılaşsalar, qalacağam, anlaşa bilməsək, sərbəst agent kimi digər təklifləri dəyərləndirəcəm”.
İsmayılov son zamanlar istənilən səviyyədə oynaya bilmədiyini də etiraf edib. O bildirib ki, şəxsi problemlərdən qaynaqlanan zəif çıxışını tədricən aradan qaldıracaq: “Artıq şəxsi problemlərim arxada qalıb. Hazırda elə vəziyyətdəyəm ki, forma yığmalıyam. Ola bilsin, klubum mənə yeni müqavilə şərtlərini hazırkı durumuma uyğun olaraq, irəli sürüb. Amma mən də çəkdiyim əziyyət qarşılığında müəyyən məbləğ istəmişəm”.
Qeyd edək ki, Əfran İsmayılov peşəkar futbolçu karyerasına “Qarabağ”da başlayıb. O, 2009-cu ildə icarə əsasında “Turan”da keçirdikdən sonra Ağdam komandasına qayıdıb. İsmayılov “Qarabağ”ın heyətində ən parlaq oyununu 2010-2011-ci il Avropa Liqası mövsümündə sərgiləyib. Futbolçu 5 qol vuraraq, komandasının “pley-off”adək yüksəlməsində böyük rol oynayıb.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu