Topaz Premyer Liqasının XXXI turunun ilk oyun günü “Qərb derbisi” ilə əlamətdar oldu. “Turan”la “Kəpəz” arasında 43-cü qarşılaşma məhsuldarlığı ilə diqqət çəkdi. 8 qolun vurulduğu matçda gəncəlilər əzmkar qələbə qazandı – 5:3. Qarşılaşma təkcə qollarla deyil, statistik məqamlarla da zəngin oldu. Bu məqamların 11-i daha çox diqqət çəkir.
Derbidə 2-ci dəfə
“Qərb derbisi” 21 illik tarixində yalnız 1 dəfə daha məhsuldar alınmışdı. 13 il əvvəl 9 qolun vurulduğu görüşdə “Kəpəz” rəqibini darmadağın etmişdi.
16.04.2000 Kəpəz (Gəncə) – Turan (Tovuz) – 9:0
Hər 2 komandanın 3 və ya daha artıq qol vurmasına da 2-ci dəfə təsadüf olundu. 18 il əvvəl qərblilər buna nail olmuşdu.
02.08.1995. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 3:3
5 qolla 5-ci qələbə
“Kəpəz”in 5 qol vurub qalib gəldiyi qarşılaşma komandanın cari çempionatda yubiley – 5-ci qələbəsi oldu. Bu, həm də Mahmud Qurbanovun baş məşqçi karyerasında Premyer Liqada qazanılan 5-ci qələbə oldu.
8 qol
Topaz Premyer Liqasında mövsümdə 4-cü dəfə 1 oyunda 8 və daha çox qol vuruldu. Bunadək 1 qarşılaşmada 9, 2-də isə 8 top vurulmuşdu.
17.11.2012. Neftçi (Bakı) - Sumqayıt - 8:1
16.09.2012. AZAL (Bakı) - Qarabağ (Ağdam) – 6:2
30.03.2013. Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6
1 hissədə 7 qol
“Turan” – “Kəpəz” oyununun 2-ci hissəsində qapılara 7 qol vuruldu. Gəncəlilərin 5:2 hesabı ilə qalib gəldiyi hissə mövsümün yeni rekordu oldu. Bunadək 45 dəqiqədə ən çoxu 6 qol qeydə alınmışdı.
17.11.2012. Neftçi (Bakı) - Sumqayıt - 5:1 (I hissə)
16.09.2012. AZAL (Bakı) - Qarabağ (Ağdam) – 4:2 (II hissə)
5 qol
Premyer Liqada mövsümün gedişində 8-ci dəfə komandalardan biri 5 və ya daha çox qol vurdu. Bunadək AZAL 2, “Qarabağ”, “Neftçi, “Rəvan”, “Turan” hərəyə 1 dəfə bunu bacarmışdı.
3 qol buraxıb uduzmaq
Mövsümdə ilk dəfə 3 qol vuran komanda məğlub oldu. Ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlib. “Turan” isə 3 qol vurub nəinki 3, heç 1 xal da qazanmayan ilk klub oldu.
İki penalti
Mövsümdə 3-cü dəfə 1 oyunda 2 penalti təyin olundu. Hər komanda lehinə təyin olunan yeganə imkandan maksimum yararlandı. Bunadək mövsümdə 2 dəfə belə hadisə yaşanmışdı. Ötən il komandaların hərəsi 1 penalti qazansa da heç biri bundan istifadə etməmişdi. Bu il yaşanan ilk hadisədə isə “Xəzər Lənkəran” hər 2 penaltidən qol vurmağı bacardı.
27.10.2012. Qəbələ - Turan (Tovuz) – 0:1
03.03.2013. Xəzər Lənkəran - Sumqayıt – 2:2
3-cü het-trik
“Turan”ın qapısına 3 qol vuran Pərvin Paşayev mövsümün 3-cü het-trikini rəsmiləşdirdi. Bu komandaların təsnifat mərhələsinin 2-ci dövrəsində də het-trik qeydə alınmışdı. Həmin vaxt “Kəpəz”in qapısına 3 qolu Salif Ballo vurmuşdu. Digər het-trik də “Turan”ın oynadığı matçda qeydə alınıb. Xuan Manuel Varea “Rəvan”ın 3 qolunu vurub.
02.12.2012. Turan (Tovuz) - Kəpəz (Gəncə) – 5:1 (Salif Ballo)
30.03.2013. Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6 (Xuan Manuel Varea)
Cəmi 52 tamaşaçı
8 qolun vurulduğu qarşılaşmanı cəmi 52 tamaşaçı izləyib. Bu da “Qərb derbisi”nin paytaxtda keçirilməsi ilə bağlıdır. Cari mövsüm Premyer Liqada cəmi 5 matçda daha az tamaşaçı olmuşdu. Təbii ki, cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçı istisna olmaqla.
03.03.2013. Kəpəz (Gəncə) -Simurq (Zaqatala). Dalğa Arena - 50 tamaşaçı
19.04.2013. Kəpəz (Gəncə) - Turan (Tovuz). Dalğa Arena - 30 tamaşaçı
27.04.2013. Kəpəz (Gəncə) – Sumqayıt. Dalğa Arena - 50 tamaşaçı
03.05.2013. Turan (Tovuz) - AZAL (Bakı). Dalğa Arena - 30 tamaşaçı
08.05.2013. Kəpəz (Gəncə) - Rəvan (Bakı). Dalğa Arena - 50 tamaşaçı
Vərəqəsiz
“Turan” qarşılaşmanı vərəqəsiz bitirdi. Bu, mövsümdə 28-ci belə haldır ki, komandalardan biri 90 dəqiqə ərzində vərəqə ilə cəzalanmır. “Qarabağ” 5, “Turan” 4, AZAL, “Bakı”, “Xəzər Lənkəran” hərəsi 3, “İnter”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” hərəsi 2, “Rəvan”, “Simurq” hərəsi 1 dəfə.
Yeni hakim
“Qərb derbisi”ni idarə edən Ramil Əhmədov Premyer Liqada debüt etdi. O, cari mövsüm çempionat matçına təyinat alan 13-cü hakim oldu. Onlardan 3-ü – Ömər Paşayev, Namiq Bəkirov və Ramil Əhmədov bu il ilk matçına çıxıb.
"Kopenhagen" xal itirdi
Həsrət Cəfərov finalda uduzdu - Dünya çempionatı
"Neftçi"nin mövsümdəki ilk qələbəsindən - Video
"Müdafiədə böyük səhvlər buraxdıq" - Saşa İliç
"Fənərbaxça"nın yeni prezidenti açıqlandı
Toralın het-triki, "Araz-Naxçıvan"ın "qırmızı"sı - Video
"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Qarabağ"dan darmadağın
"Komandanı azlıqda qoymaq ağır qərar idi" - Elmar Baxşıyev
"Futbolçular daha rahat oynayırdılar" - Qurban Qurbanov
Millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Sumqayıt" - "Neftçi": Heyətlər
Mbappe Anrini keçdi
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu
"Zirə"nin tarixində 500-cü qol
"Araz-Naxçıvan" - "Qarabağ": Heyətlər açıqlandı
Xabi Alonsodan parlaq start
Messi bombardirlər siyahısında birinci oldu
"Formula 2": Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu
Millimizin üzvü qələbədə iştirak etdi
"Milan"ın böyükhesablı qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzudu
"Real" "Espanyol"u üstələdi, "Atletik"dən məğlubiyyət
"Milan" qalib gəldi, "Yuventus" heç-heçə etdi
"Bavariya" və "Leyptsiq"dən qələbə
"Sabah" "Turan Tovuz"a belə qalib gəldi - Video
"Mən ən xoşbəxt baş məşqçiyəm" - Dambrauskas
"Ötənilki səhvlər təkrarlanmağa başlayır" - Kurban Berdıyev
"Sabah" "Turan Tovuz"a, "Qəbələ" "Kəpəz"ə qalib gəldi