“Barselona”nın növbəti dəfə İspaniya çempionu adını rəsmiləşdirməsi ilə komandanın kapitanı Xavi Ernandes 24-cü titulunu qazanıb. Qol.Az-ın “As”a istinən yaydığı xəbərə görə, bununla da o, “Real”ın keçmiş futbolçusu Fransisko Xentonun rekordunu yeniləyib.
33 yaşlı yarımmüdafiəçisi həmçinin “Barselona” tarixinə yeddinci dəfə İspaniya çempionu adını qazanan ilk futbolçu kimi düşüb. Bununla da o, “Barsa” ilə futbolçu kimi altı dəfə çempion olmuş komandanın sabiq baş məşqçisi Xosep Qvardiolanı geridə qoyub.
Ümumilikdə, Xavi “Barselona” ilə yeddi dəfə İspaniya çempionu, iki dəfə İspaniya kuboku, beş dəfə İspaniya superkuboku, üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə UEFA superkuboku və klublar arasında dünya kuboku olub. İspaniya millisinin tərkibində isə Xavi bir dəfə dünya, iki dəfə isə Avropa çempionluğunu qazanıb.
Xatırladaq ki, Xavi “Barselona”da 1998-ci ildən çıxış edir. O, bugünə qədər Kataloniya klubunda rəsmi olaraq 673 matçda meydana çıxıb və 80 qola imza atıb.
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu