"Bu gün çempion olmaq qismətimizdə yox imiş"

"Bu gün çempion olmaq qismətimizdə yox imiş"
ÖLKƏ FUTBOLU 9 May 2013 / 23:32 3521
-  A +

 “Bu gün çempion olmaq qismətimizdə yox imiş. Buraxdığımız qolda rəqibin topa zərbəsi komanda yoldaşına dəyərək istiqamətini dəyişdi və qapıya daxil oldu".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqanın 30-cu turunda "Simurq"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandada müəyyən çatışmazlığın olduğunu deyib: "Qarşıda “Qəbələ” və “Bakı” ilə oyunlarımız var. Çempion olmaq üçün 1 xal qazanmalıyıq. Yarımmüdafiə xəttində müəyyən çətinliklərimiz var idi. Nikolas Kanalesin bu gün olmaması da oyunumuza təsir etdi”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi