Bu gün Topaz Premyer Liqada 30-cu turun növbəti oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, baş tutan üç oyunla tura yekun vurulub. Hər üç qarşılaşma ilk “altılıq” komandaları arasında keçirilib.
İlk oyunda “Bakı” “Qəbələ” ilə üz-üzə gəlib. Hər iki komandanın artıq heç bir iddiası olmadığından oyunu formal xarakterli adlandırmaq olardı. Görüş "Qəbələ"nin minimal qələbəsi ilə başa çatıb - 1:0.
Digər oyunda “İnter” öz meydanında “Qarabağ”ı qəbul edib. Turnir cədvəlinin ikinci və üçüncü pillələrində yerləşən bu komandaların qarşılaşması böyük əhəmiyyət kəsb edirdi. Çünki “İnter” rəqibindən bir xal geridə idi və qalib gələcəyi halda ikinci pilləyə yüksələcəkdi. “Qarabağ” qalib gələcəyi halda isə, ən azı ikinci pillədəki mövqeyini möhkəmləndirmiş olacaqdı. Lakin oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. Qarşılaşma qolsuz bərabərliklə bitib.
Günün son oyununda lider “Neftçi” “Simurq”u qəbul edib. Bu qarşılaşmaya maraq daha böyük idi. Belə ki, “Neftçi” bu turda, sona iki tur qalmış çempion adını qazana bilərdi. "Qarabağ"ın xal itirməyi "Neftçi"nin işinə yarayırdı. "Ağ-qara"lar bu oyunda qalib gələcəyi halda çempion adını qazanacaqdı. Lakin "Simurq"un inamlı oyunu buna imkan verməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
9 may
21:00. “Neftçi” – “Simurq” - 1:1
Bakcell Arena stadionu
Qollar: Rəşad Eyyubov, 14 (0:1), Julius Vobay, 26 (1:1)
17:00. “Bakı” – “Qəbələ” - 0:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Qol: Lourival Assis, 67 (0:1)
19:00. “İnter” – “Qarabağ” - 0:0
“Şəfa” stadionu
8 may
18:00. “Kəpəz” – “Rəvan” - 3:1
“Dalğa Arena” stadionu
18:00. AZAL – “Sumqayıt” - 1:0
“AZAL Arena” stadionu
19:00. “Xəzər Lənkəran” – “Turan” - 1:0
Lənkəran şəhər stadionu
Turnir cədvəli
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video